2017-01-06 10:26

Bəndə Allahdan istədiyini nə vaxt ala bilər?

Bəndə bir diləyi istəyən zaman nə etməlidir, hansı şərtlərə əməl etməlidir ki Allah onun istəyini icabət etsin?

Bəndə Allahdan istədiyini haçan ala bilər? Bu barədə Təysirul-Mətalib əsərində (səh-230) Məhəmməd Peyğəmbərin buyurduğu hədisi təqdim edirik:
 
Allahın Rəsulu buyurdu:
 
"Əgər sizdən biriniz Allahdan bir şeyi istəyib və onun rədd edilməməsini istəyirsinizsə, onda camaatın hamısından naümid olmalıdır. Belə bir şəxsin Allahdan qeyrisinə heç bir ümidi qalmamalıdır. Allah insanın qəlbində olan bu hissi görsə istədiyini hökmən verər.”

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı