2017-01-05 14:12

Lukaşenko “Putin ittifaqı”ndan imtina edir?

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqının Gömrük Kodeksini imzalamayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqının Gömrük Kodeksini imzalamayıb.

LiderXeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçuk söyləyib. O, Lukaşenkonun gömrük kodeksi ilə bağlı danışıqların aparılmasına izn verdiyini bildirib:

"Bəzi KİV-lər bu informasiyanı doğru çatdırmayıblar. Biz bu sənəddə müəyyən korrektələrin olunmasını istəyirik”.

Qeyd edək ki, gömrük kodeksi dekabrda Sankt-Peterburqda Avrasiya İttifaqı liderləri arasında imzalanıb. Görüşdə yalnız Belarus lideri Aleksandr Lukaşenko iştirak etməyib və sənədə imza atmayıb./axar.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı