2017-01-05 11:09

Mərkəzi Bank uçot dərəcəsinin artacağını istisna etmir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə uçot dərəcəsinin artacağını istisna etmir.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə uçot dərəcəsinin artacağını istisna etmir.

LiderXeber.az "İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda uçot dərəcəsi 4 dəfə artıb. Sonuncu dəfə uçot dərəcəsi 2016-cı il sentyabrın 14-də 9,5%-dən 15%-dək artıb.

"2017-ci ildə pul kütləsinin sterilizasiyası zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması AMB-nin diqqət mərkəzində olacaq", - deyə bankdan bildirilib.

Cari ildə Mərkəzi Bankın pul siyasəti alətləri monetar məqsədlərə nail olunmasına yönəldiləcək. "2017-ci ildə AMB bankların qısamüddətli likvidliyinin idarə olunması üçün qısamüddətli resursların cəlb olunması üzrə alətlərdən geniş şəkildə istifadə etməyi planlaşdırır. "Bu il Mərkəzi Bank açıq bazarda aktiv əməliyyatları da davam etdirəcək. Bu əməliyyatlara depozit hərracları və AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi daxildir", - deyə məlumatda qeyd edilir.

AMB 2017-ci ildə ortamüddətli məcburi rezervləşdirmə normaları rejimini tətbiq etməyi planlaşdırır ki, bu da banklara likvidliyi çevik şəkildə idarə etməyə imkan verəcək.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı