2017-01-05 10:10

Sızanaqları belə yox edin

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik.

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. 

LiderXeber.az bildirir ki, bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir.

"Boltuşka"nın reseptləri çoxdur, sizi bu reseptlərdən biri ilə tanış edirik. Bu resepti rus kosmetoloqu Elena Beloserkovskaya "Komsomolskaya pravda" qəzetinin oxucuları ilə paylaşıb.

Tərkibi:
- 5 həb levomisetin
- 3 həb aspirin
- 50 ml tibbi spirt
- 50 ml borat turşusunun spirtli məhlulu (2%) - спиртовый раствор борной кислоты 2%
Hazırlanması:
Həbləri yaxşı əzin, spirti və borat turşusunu əlavə edin, qarışdırın. Boltuşkanı kişik şüşə butulkaya tökün və soyuducuda saxlayın. Vasitəni hər axşam yatmazdan əvvəl sızanaqlar olan nahiyələrə çəkin (yumaq lazım deyil). İstifadə etdikdən əvvəl vasitəni yaxşı çalxalayın.
Nəzərə almaq lazımdır ki, bu vasitə allergiyaya səbəb ola bilər. Hamilə və əmizdirən qadınlara bu vasitədən istifadə etmək olmaz.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı