2017-01-05 10:00

Bu ölkədə işsizlərə aylıq 560 avro maaş verilir

Finlandiyada qəribə eksperiment start götürüb.

Finlandiyada işsizlərə ayda 560 avro maaş verəcək.

LiderXeber.az xəbər verir ki, qəbul olunan yeni qərara görə, 2 il davam edəcək pilot layihə çərçivəsində hər ay 2 min işsiz dövlət tərəfindən maliyyələşdiriləcək. Qeydiyyat bu ilin yanvar ayından başlayıb və qeydiyyata 25-58 yaşlarında olan şəxslər alınır.

Qeydiyyata alınan işsizlər sonradan iş tapsalar belə 2 il ərzində həmin maaşı ala biləcəklər.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı