2017-01-01 20:26

Məşhur futbolçu Toni Krossdan qeyri-adi Yeni il təbriki - FOTO

Toni Krossdan qeyri-adi təbrik...

"Real”ın və Almaniya millisinin futbolçusu Toni Kross özünün rəsmi Tvitter səhifəsində izləyicilərini qeyri-adi şəkildə təbrik edib.

LiderXeber.az-ın xəbərinə görə, o, 2017 rəqəmi tam yazmayıb. Kross 20 rəqəmindən sonra əvvəlcə Brazilyanın, sonra isə Almaniyanın bayrağını qeyd edib. Bununla da futbolçu DÇ-2014-ün yarımfinalında Braziliyanın Almaniyaya 1:7 hesablı məğlubiyyətini yada salıb.

Daha sonra Kross yenə bir mesaj paylaşayaraq əvvəlki paylaşımının zarafat olduğunu və xeyli maraq doğurduğunu yazıb.


Səbuhi Vaqifoğlu

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı