2017-01-01 20:10

İstanbuldakı gecə klubuna hücum anının şok görüntüləri - VİDEO

Kadrlarda silahlı şəxsin binaya yaxınlaşaraq girişdə duran şəxslərə atəş açması əks olunub.

İstanbuldakı gecə klubuna hücum anının əks olunduğu kadrlar sosial şəbəkələrdə dərc edilib.

LiderXeber.az-ın xəbərinə görə, kadrlarda silahlı şəxsin binaya yaxınlaşaraq girişdə duran şəxslərə atəş açması əks olunub.
 
İstanbul valisi hücum nəticəsində azı 35 nəfərin öldüyünü və 40-dan çox şəxsin yaralandığını bildirib.

Qeyd edək ki, İstanbulda baş verən terror hadisəsində terrorçunun hadisə yerinə gəlişi, soyuqqanlı davranışı, alçaq qətliamı törətdikdən sonra üstünü dəyişdirib qaça bilməsi onun həmin ərazidə əvvəlcədən kəşfiyyat aparması şübhələri yaradıb.

İlkin araşdırmalara görə, terrorçu tək olub. Amma hadisənin planlaşdırılması və kəşfiyyatın aparılması üçün ona kömək edildiyi araşdırılır. Təhlükəsizlik kameralarında hadisəni törətdikdən 1 neçə dəqiqə sonra terrorçunun paltarını dəyişdirərək hadisə yerindən uzaqlaşması onun əvvəlcədən həmin məkanda kəşfiyyat aparmasını ehtimal edir.




Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı