2016-12-30 12:35

Ronaldoya fantastik təklif - 150 milyon

Çinlilərdən “Real”a fantastik təklif.

Çin klubu "Real"ın hücumçusu Kriştiano Ronaldoya ilinə 150 milyon avroluq müqavilə təklif edib.

LiderXeber.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Jorje Mendeş "Goal.com"a məlumat verib. 

Adı açıqlanmayan klub 32 yaşlı portuqaliyalı hücumçuya 300 milyon avro təklif edib. Danışıqların hansı mərhələdə olduğu bəlli deyil. 

Qeyd edək ki, "Real" Ronaldonu 2009-cu ildə 80 milyon funta "Mançester Yunayted"dən transfer edib. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı