2016-12-30 12:08

Bayram axşamı üçün TV-lər nə hazırlayıb?

ATV kanalı Yeni il üçün hər il olduğundan fərqli bir proqram hazırlayıb.

ATV kanalı Yeni il üçün hər il olduğundan fərqli bir proqram hazırlayıb. Kanal rəhbərliyi bu il bütün aparıcılarını yığaraq, Qubada komediya janrında film çəkib. Bayram günü həmin film yayımlanacaq. Daha sonra isə "Axırıncı yol” filmi ilk dəfə televiziyada nümayiş etdiriləcək.

LiderXeber.az xəbər verir ki, Lider TV isə bu il də həmişəki ənənəsinə sadiq qalaraq, Dənizkənarı Parkda müğənnilərin iştirak etdiyi konsert proqramı ilə efirdə olacaq.

İctimai TV-də bayram axşamı efirdə müğənnilərin iştirakı ilə musiqili veriliş yayımlanacaq.

AzTV-də əvvəlcə musiqili proqram, saat 00:00-dan sonra isə xalq artisti Zeynəb Xanlarovanın çıxışı olacaq.

Xəzər TV bayram axşamı üçün "Xəzər əməliyyatı” adlı yumoristik tamaşa hazırlayıb.

Speys TV-də isə "Bu şəhərdə” komandasının konsertlərindən biri nümayiş etdiriləcək./axar.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı