2016-12-30 11:27

Erməni təxribatının qarşısını alan şəhidimizin - Fotosu

Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmada düşmən təxribatının qarşısını alarkən həlak olan və nəşi düşmən nəzarətindəki ərazidə qalan əsgər Çingiz Salman oğlu Qurbanovun şəkli sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

LiderXeber.az xəbər verir ki, qısa müddətdə böyük səhifələri əhatə edən və saysız-hesabsız reaksiyaya səbəb olan fotoya şərh yazanlar vətəni qoruyarkən şəhid olan əsgərimizin ailəsinə mənəvi dəstək veriblər və ordumuzla qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, şəhidimizin nəşinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir.

Bu arada erməniləri heç bir əxlaqa sığmadan, şəhid əsgərimizin nəşinin fotolarını sosial şəbəkədə yaymasına isə sosial şəbəkə istifadəçiləri sərt reaksiya göstəriblər, Azərbaycan Müdafiə Nazirliyi isə rəsmi açıqlamada bunu "qeyri-insani hərəkət” olaraq dəyərləndirib.
SON XƏBƏRLƏR


Yuxarı