2016-12-30 10:56

Türk parlamentindən qanun - Konstitusiya dəyişir

Türkiyə parlamentinin Konstitusiya Komissiyası öz işini yekunlaşdırıb.

Türkiyə parlamentinin Konstitusiya Komissiyası öz işini yekunlaşdırıb.

LiderXeber.az xəbər verir ki, komissiya yekunda 20 dekabrda başlanan, 316 AKP millət vəkilinin imzası ilə Türkiyə konstitusiyasında dəyişikliyi nəzərdə tutan qanun təklifini qəbul edib.

Parlament sədrinə təqdim olunan 21 maddəlik təklif 18 maddəyə enib.

Yeni təkliflər qəbul olunarsa, Türkiyə parlamentində təmsil olunan millət vəkillərinin sayı 600-ə çatdırılacaq. Deputat seçilmək üçün isə minimum yaş senzi 18-ə endiriləcək.

Prezident və parlament seçkiləri 5 ildən bir keçiriləcək.

Türkiyə prezidenti 40 yaşı tamam olan, ali təhsilli Türkiyə vətəndaşları arasından xalq tərəfindən seçiləcək.

Türkiyədə prezident və parlament seçkiləri 3 noyabr 2019-cu ildə keçiriləcək.

Yeni konstitusiya dəyişikliyi ölkədə hərbi məhkəmələrin də ləğvini nəzərdə tutur./axar.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı