2016-12-30 09:57

Niyə möminlərin üzləşdiyi problemlər fərqli olur?

Mömin insanların üzləşdiyi imtahanlar, bəla və müsibətlər eyni həddə deyil, onların bəzisi dözülməz, bəzisi isə keçilməsi asandır. Bu nə ilə bağlıdır?

Niyə möminlərin üzləşdiyi imtahanlar fərqlidir? Və ya niyə möminlər əməllərinə tam arxayın olmamalıdırlar?
 
Bu suala cavab tapmaq üçün Əllamə Məclisinin Biharul-Ənvar əsərində (cild-68, səh-140) gətirdiyi hədisi təqdim edirik:
 
"İmam Rza (ə) atalarından, Onlar İmam Əlidən(ə), O da Allahın Peyğəmbərindən (s) nəql edir ki həzrət Peyğəmbər buyurdu:
 
 
Allah Taala buyurub: Ey Bəni-Adəm mən hidayət etdiklərimdən başqa sizin hamınız yolunuzu azmısınız. Mən ehtiyacsız etdiklərimdən başqa hamınız kasıbsınız. Mənim xilas etdiklərimdən başqa hamınız həlak olmusunuz. İndi mənbən istəyin ki sizi ehtiyacsız edim, səadət və xoşbəxtlik yolunu sizə göstərim.
 
Mənim mömin bəndələrimdən bəzilərini kasıbçılqdan başqa heç nə islah edə bilməz. əgər mən onu sərvətli etsəydim onda fəsad yaradardı.
 
Bəzi bəndələrim yalnız səhhəti sağlam olanda əməlisaleh olarlar, əgər o zaman onu xəstə etsəm, xəstəlik onu fəsada sürükləyər.
 
Bəndələrimdən bəzisi mənə ibadət etməkdə çalışqandırlar. Gecələri oyaq qalıb, namaz qılar, ibadət edərlər. Mən bəzi gecələrdə onlara bir yuxu verərəm ki səhərə qədər yatıb qalsın. O yuxuya gedər. Yuxudan durandan sonra özünü danlayar ki niyə mən yuxuya qaldım və gecə namazından məhrum oldum. Bununla da o özünü həmişə danlamış olar. Əgər mən hər gecə ona gecə namazı qılma tövfiqatı versəm ücb və özünübəyənmə xüsusiyyəti onu həlak edər. O düşünər ki bütün ibadətçilərdən üstündür. Düşünər ki bu səyi ilə o müqəssirlərdən keçibdir. O elə bilər ki mənə yaxınlaışb. Amma o (bilmir ki) bu fikirlərlə (ücblə) məndən uzaqlaşır.
 
Elə isə əməl edənlər həmişə əməllərinə (nə qədər yaxşı əməlləri olsa belə) arxalanmasınlar.  Təqsirkarlar da günahlarına görə naümid olmasınlar. Onlar mənim mərhəmətimə və fəzlimə inansınlar. Onlar mənim bəndələrimə olan diqqətimə xatircəm olsunlar. Buna görə ki bəndələrin işlərinin tədbiri mənimlədir. Onların məsləhətinə olan hər bir işin müqəddiməsini mən özüm olar üçün hazırlayaram. Mən öz bəndələrimin işindən xəbərdaram və onlara lütf edərəm”

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı