2016-12-30 09:37

Dollar günə bu məzənnə ilə başlayır - Rəsmi

Dolların məzənnəsində dəyişiklik olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən LiderXeber.az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 29-u müqayisədə 0,25% bahalaşaraq 1,7707 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8467 manatdan 1,8644 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0292 manatdan 0,0293 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4993 manatdan 0,5023 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1635 manatdan 2,1745 manatadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6646 manatdan 0,6663 manatadək artıb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı