2016-12-29 10:39

Bakıda partlayış: nazirlik əməkdaşları yaralandı

Bakının Badamdar qəsəbəsində partlayış baş verib.

Bakının Badamdar qəsəbəsində partlayış baş verib.

LiderXeber.az xəbər verir ki, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb.

Nəticədə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıblar.

Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. /lent.az/

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı