2016-12-29 10:07

Türkiyədə sərnişin avtobusu dərəyə uçub: Ölənlər var

Türkiyənin Sinop şəhərində sərnişin avtobusu dərəyə uçub.

Türkiyənin Sinop vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

LiderXeber.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, sərnişin avtobusu uçurumdan aşıb.

İlkin məlumata əsasən, 5 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

Güclü qar və yolların buz bağlaması səbəbindən xilasetmə briqadaları hadisə yerinə çətinliklə çata bilib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı