2016-12-29 09:51

Mömin bu işlərdə əsla xəcalət çəkməməlidir

Mömin bu işlərdə əsla xəcalət çəkməməlidir

 Xəcalət və həya hissi insanın ictimai qınağa həssas olduğunu göstərir. Bu bir müsəlman üçün faydalı və müsbət amildir. Bu xislətə malik olan müsəlmanın cəmiyyət içində hərəkətlərinə və sözlərinə fikir verər.
 
Lakin xəcalət hissinin də bəyənilməyən halları var. Bir çox insanlar mənzilində istədiyi şəraitin olmadığı üçün qonaq dəvət etmir və bunu evindəki şəraitsizliklə əlaqələndirir. Bəzən gələn qonağın qarşısına qoyulan qidaların azlığından və sadəliyindən xəcalət çəkir. Bəzən bir müsəlman insanlar qarşısında ataya ehtiram göstərilməsini xəcalət çəkərək göstərmir. Bəzən də o haqqını az olduğunu görə xəcalət çəkərək, istəyə bilmir.
 
Qurərul-Hikəm əsərindən (hədis -3666) İmam Əlidən bu haqda hədis nəql edilibdir:
 
"Üç məsələyə görə xəcalət çəkməzlər: Bir insanın qonağa xidmət göstərməsi, Məclisdə ikən atasının və müəlliminin ayağına durmaq və az olan haqqı tələb etmək” 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı