2016-12-28 17:50

Mərkəzi Bankın notlarına tələb aşağı düşüb

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50100952S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

LiderXeber.az xəbər verir ki, bu barədə "Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 1 investor 1 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 10  milyon 222 min 700 manat təşkil edib. Sifarişlər 98,8475 manat (14,9906%) qiymətində təqdim edilib. 

Elə notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiyməti də 98,8475 manat (14,9906%) olmaqla AMB tərəfindən müəyyən olunub. 

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon 222 min 700 manat məbləğində müəyyən edilib. 
Qiymətli kağızların ödəmə tarixi 25 yanvar 2017-cı ildir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı