2016-12-28 16:56

Nazarbayev baş diplomatını istefaya göndərdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xarici İşlər naziri Yerlan İdrisovu istefaya göndərib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xarici İşlər naziri Yerlan İdrisovu istefaya göndərib.

LiderXeber.az xəbər verir ki, prezident onun yerinə Kayrat Əbdürrəhmanovu təyin edib. İdrisovun nəyə görə istefaya göndərildiyi haqqında heç bir məlumat verilmir.

Qeyd edək ki, Əbdürrəhmanov bundan öncə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi olub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı