2016-12-28 15:50

İran ABŞ təyyarələrinə xəbərdarlıq etdi

Təlimdə 17 min hərbçi iştirak edir.

İran Hava Hücumundan Müdafiə Qüvvələri son bir neçə gün ərzində Amerikanın kəşfiyyat təyyarələrinə İran ərazisinə yaxınlaşmamaq barədə dəfələrlə xəbərdarlıq ediblər.

LiderXeber.az xəbər verir ki, bunu "Tasnim” agentliyinə açıqlamasında İran ordusunun generalı Abbas Fərəcpur söyləyib.

"Son üç gün ərzində biz ABŞ təyyarələrinə öz hava məkanımıza yaxınlaşmamaq barədə 12 dəfədən çox xəbərdarlıq etmişik. İranın hava məkanına ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar daxil olmağa çalışıb”, – Fərəcpur bildirib.

Qeyd edək ki, İran hava hücumundan müdafiə qüvvələrinin təliminə başlayıb. Təlimdə 17 min hərbçi iştirak edir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı