2016-12-28 15:08

300 müəllimin sıfır bal toplaması xəbərinə rəsmi reaksiya

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə 0 (sıfır) nəticə göstərən 300 müəllim haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə 0 (sıfır) nəticə göstərən 300 müəllim haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

LiderXeber.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cənub bölgəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlər arasında 0 (sıfır) nəticə göstərən müəllim yoxdur.

"Hörmətli media nümayəndələri, artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa "facebook postu” olan bu "məlumatların” heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, həm də həqiqəti əks etdirmir. Məlumat üçün deyək ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub”. 

Məlumatda qeyd olunub ki, diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb: "Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi sıfır bal olmayıb”.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı