2016-12-28 13:51

Ankara və Moskva razılığa gəldi

Türkiyə və Rusiya Suriyada atəşkəs planı üzrə razılıq əldə edib.

Türkiyə və Rusiya Suriyada döyüşən tərəflərə təqdim olunacaq atəşkəs planı ilə bağlı razılıq əldə edib.

LiderXeber.az-ın "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərin atəşkəs planına riayət edəcəkləri gözlənilir.

Ankara və Moskva hökumətləri razılaşma çərçivəsində atəşkəsin bu gecəyarısından etibarən qüvvəyə minməsinə çalışır.

Atəşkəs uğurlu olarsa, Əsəd hökuməti və müxalifət Türkiyə və Rusiyanın liderliyi ilə Astanada müzakirələrə başlayacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı