2016-12-28 12:58

Daha bir ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

Serbiya ümumvətəndaşlıq pasportuna malik Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlayır.

LiderXeber.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərar dünən Belqradda Serbiya xarici işlər naziri İvitsa Daçiç, daxili işlər naziri Neboyşa Stefanoviç və ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiçin iştirakıyla keçirilən görüşdə qəbul edilib.

Rəsmi Belqrad Gürcüstan və Ermənistan vətəndaşları üçün də viza rejimini ləğv edəcək.

Qeyd edək ki, Serbiya vətəndaşları hazırda 64 ölkəyə vizasız səfər edə bilirlər.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı