2016-12-28 11:14

Ölkənin “qəhrəman”ına çevrilən deputat səlahiyyətlərindən məhrum edildi - VİDEO

Muxtar Tinikeyev sonradan həmkarları və seçicilərindən üzr istəyib.

Qalmaqallı videonun qəhrəmanı olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Muxtar Tinikeyev deputat səlahiyyətlərindən məhrum edilib.

LiderXeber.az xəbər verir ki, parlament Muxtar Tinikeyevin deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırması haqqında Mərkəzi Seçki Komissiyasının müraciətini dəstəkləyib.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Muxtar Tinikeyevin Karakanda şəhəri məclisinin deputatı Nikolay Polevoqoya oxşar insanı döydüyünü göstərən görüntülər yayılıb. Muxtar Tinikeyev sonradan həmkarları və seçicilərindən üzr istəyib./publika.az/



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı