2016-12-27 13:11

“Azərişıq”dan Səngəçaldakı partlayışla bağlı açıqlama

Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb. 

LiderXeber.az xəbər verir ki, bu barədə "Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla əlaqədar olaraq "Azərişıq” ASC-nin şəbəkələrində də qismən mәhdudiyyәtlәr tətbiq edilib və elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı