2016-12-27 15:16

Dieqo Simeone ilin məşqçisi oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb.

LiderXeber.az xəbər verir ki, 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone 1-ci olub. Zinəddin Zidan ("Real") 2-ci, Klaudio Ranyeri ("Lester") 3-cü pillədə qərarlaşıb.

İFFHS-in versiyasına görə, 2016-cı ilin ən yaxşı 10 klub məşqçisi aşağıda adları qeyd olunanlardır:

1. Dieqo Simeone ("Atletiko") - 113 xal
2. Zinəddin Zidan ("Real") - 108 xal
3. Klaudio Ranyeri ("Lester") - 86 xal
4. Pep Qvardiola ("Bavariya"/ "Mançester Siti") - 62 xal
5. Unai Emeri ("Sevilya", PSJ) - 38 xal
6. Luis Enrike ("Barselona") - 24 xal
7. Yurgen Klopp ("Liverpul" - 16 xal
8. Maurisio Pakettino ("Tottenhem") - 15 xal
9. Massimiliano Alleqri ("Yuventus") - 6 xal
10. Pitso Mosimane ("Mamelodi Sandaunz") - 5 xal

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı