2016-12-27 12:40

Futbol komandasını aparan gəmi batıb, 30 nəfər həlak olub - VİDEO

Komandanı aparan gəmi batdı, 30 nəfər öldü

Uqandada faciəvi hadisə yaşanıb.

LiderXeber.az "Marca"ya istinadən xəbər verir ki, yerli futbol komandalarından birini və azarkeşləri aparan gəmi batıb.
 
Hadisə Albert gölündə baş verib. Yerli polis gəmidə 45 nəfərin olduğunu və onlardan 30-nun boğularaq öldüyünü bildirib. Polis rəisi Con Rutaqira 15 nəfərin qurtarıldığını, xilasetmə işlərində balıqçıların onlara kömək etdiyini açıqlayıb.
 
Gəminin batmasının səbəbi kimi həddindən artıq çox yükün olması göstərilir. 

Xatırladaq ki, ötən ay da bənzər hadisə üzündən Albert gölündə 10 nəfər həlak olmuşdu.


Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı