2016-12-27 12:50

Daha bir rus diplomat ölü tapıldı

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Rusiya Baş Konsulluğunun müvəqətti qrupunun rəhbərinin meyiti tapılıb.

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Rusiya Baş Konsulluğunun müvəqətti qrupunun rəhbərinin meyiti tapılıb.

LiderXeber.az xəbər verir ki, diplomat Roman Skrılnikovun meyiti evində aşkarlanıb. İlkin ehtimala görə, diplomat infarktdan ölüb.

Meyiti diplomatın kirayə qaldığı mənzildə onun sürücüsü aşkarlayıb. Hüquq mühafizə orqanları cəsədin üzərində heç bir zorakılıq aşkar etmədiklərini bildiriblər. Polis faktla bağlı bütün ehtimalları araşdırır.

Rusiyanın Ust-Kamenoqorskdakı Baş Konsulluğu faciəvi hadisə haqda heç bir açıqlama verməyib./axar.az/

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı