2016-12-27 08:48

Yaqut və sapfir yağışı

Astronomlar üzərində mütəmadi olaraq yaqut və sapfir yağışı yağan planet aşkar ediblər.

Bu buludlar yaqut, sapfir və digər qiymətli daşların tərkibinə daxil olan kordun birləşmələri ilə zəngindir

Astronomlar üzərində mütəmadi olaraq yaqut və sapfir yağışı yağan planet aşkar ediblər. 

LiderXeber.az xəbər verir ki, bu "qiymətli” planet bizim Günəş sistemimizdən çox uzaqda yerləşdiyindən və ora kosmik aparatları göndərmək mümkün olmadığından onu yalnız xüsusi teleskopların köməyi ilə müşahidə etmək olur. Bu planet Yupiterə bənzəyir.

Alimlər dörd il davam edən müşahidələrdən sonra aydınlaşdırıblar ki, planetin atmosferində daim soyuq hava kütlələrlərini və buludları gətirən küləklər tüğyan edir.

Astronomların fikrincə, bu buludlar yaqut, sapfir və digər qiymətli daşların tərkibinə daxil olan kordun birləşmələri ilə zəngindir. Bu buludlar planetin "günəşli” tərəfini qapayaraq atmosferi soyudub "yaqut” və "sapfir” damcıları əmələ gətirir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı