2016-12-26 16:58

Moskvada 3 min sərnişin təxliyyə olundu

Moskvada 3 min nəfər təxliyə edildi

Moskvanın mərkəzində Kazanski, Yaroslavski və Leninqradski vağzallarında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim zəngin qəbul edilməsindən sonra 3 min sərnişin və vağzal əməkdaşı təxliyyə edilib.

LiderXeber.az xəbər verir ki, bu barədə paytaxtın təcili yardım xidmətlərindəki mənbəyinə istinadən RİA "Novosti" məlumat verib.

Mənbə Kazanski və Leninqradski vağzallarının hər birindən təxminən min, Yaroslavski vağzalından isə 750 nəfərin təxliyə olunduğunu bildirib. Onun sözlərinə görə, hadisə yerinə kinoloqların gələcəyi gözlənilir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı