2016-12-26 16:17

Tez bir zamanda arıqlamaq üçün 3 sadə üsul

Arıqlamaq istəyən insan 8 saatdan az yatmamalıdır.

LiderXeber.az-ın xəbərinə görə, Rusiyanın tanınmış həkim-dietoloqu Aleksey Kovalkov Yeni ilə qədər artıq çəkidən azad olmaq üçün 3 çox sadə qayda təqdim edir.

1. Qidalanmada karbohidratları məhdudlaşdırın

Məhz karbohidratlar kökəlmənin əsas səbəbidir. Arıqlamaq üçün 1 həftə ərzində tərkibində çoxlu miqdarda karbohidratlar olan məhsullardan tam imtina edin. Bu məhsullar arasında:

- şəkər və tərkibində şəkər olan istənilən qidalar

- kartof

- ağ düyü

- çörək, un məmulatları

- şirin şirələr və şirin qazlı içkilər

- bal

- şirin meyvələr.

Hər səhər 1 stəkan suya 2 xörək qaşığı buğda kəpəyi əlavə edin, qarışdırın və bu suyu için. Buğda kəpəyi bağırsaqları yaxşı işlədir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.

Bundan əlavə gün ərzində daha çox adi su içməyə çalışın.

2. Daha çox yatın

Yuxu zamanı insan orqanizmində "somatotropin" hormonu ifraz olunur. Bu hormon piyləri "yandırmağa" kömək edir. Hormonun ifrazının pik nöqtəsi saat 23.00-24.00 radələrindədir. İnsan bu zaman yatırsa, onun arıqlamaq şansı artır.

Arıqlamaq istəyən insan 8 saatdan az yatmamalıdır.

3. Açıq havada sürətlə yeriyin

Hər gün ən azı 40 dəqiqə ərzində açıq havada sürətlə yeriyin. Bu sadə və heç bir əlavə xərc tələb etməyən vasitə sizə arıqlamağa kömək edəcək.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı