2016-12-26 15:12

ANS bağlandıqdan sonra AzTV-yə keçən əməkdaşlar - Siyahı

AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) işə başlayıblar.

LiderXeber.az Report-a istinadən xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.

AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı