2016-12-26 14:26

Uzun ömrə malik olmağın sirləri

LiderXeber.az bildirir ki, Qurani-Kərimdə buyurulur: "Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. ("Nisa” 78). Bəli, ölüm haqdır. Hər kəs onunla bir gün üzləşəcəkdir. Ancaq insanın ruhu cavidan olduğu üçün, bu dünyada da çox yaşamağa meyil edər.

Bəşər fani olduğu üçün bu dünyada əbədi yaşamasa da, axirətdə əbədi həyata qovuşacaqdır. (Tebyan) 
Hədislərimiz bizlərə uzun ömrə necə malik ola biləcəyimizlə bağlı tövsiyələr vermişdilər. İnsan ona görə uzun ömür sürməyi arzulamalıdır ki, onu bərəkətli keçirtsin və yersiz işlərlə ömrünü tələf etməsin. Axirəti üçün daha çox ehtiyat toplaya bilsin.

Uzun ömrə malik olmaq üçün Quran və hədislərin tövsiyələri:
1. Gündə iki dəfə yemək. Quran behişt əhlinin yeməklərindən söz açan zaman iki dəfə yemək yediklərinə işarə etmişdir. "Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır”. ("Məryəm” 62). İmam Əli (ə) səhər yeməyinin əhəmiyyətinə işarə edərək, onu uzun ömrə malik olmağın amili kimi tanıtmışdır. Həzrət (ə) buyurur: "Hər kim cavidanlıq istəyir, gərək səhər yeməyini tez yesin və axşam yeməyini gec yesin”.
 
2. Yemək yeyən zaman həddi aşmamaq. Namazlarımızda Allahdan dəfələrlə bizi düz yola hidayət etməsini istəyirik. İstəyirik ki, o kəslərdən olaq ki, Allah bizə qəzəblənməsin. Lakin əgər yeməyi yeyən zaman həddi aşsaq, Allahın qəzəbləndiyi bəndələrdən olarıq. "Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o, mütləq həlakət burulğanına düşmüşdür”. ("Taha” 81).
 
3. Başqalarını bağışlamağa çalışın. Qurani-Kərim buyurur: "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. ("Fussilət” 34).
 
4. Çoxlu təfəkkür etmək. "De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?». ("Ənam” 50). Təfəkkür etmək insanın fərdi və ictimai həyatına fayda verdiyi kimi, ömrünün uzanmasına da təsir qoyar. Həkimlərin nəzərinə görə, təfəkkür etməyin uzun ömürlə birbaşa əlaqəsi vardır.
 
5. Sileyi-rəhm etmək. İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm kimi bir şeyi tanımıram ki, ömrü uzatsın. O yerə qədər ki, əgər kiminsə ömrünə üç il qalıbdırsa və sileyi-rəhm edərsə, Allah ömrünü 30 il uzadar. Ömrü 33 il olar. Əgər qohumluq əlaqəsini kəsərsə, 30 il qalan ömrünü Allah 3 ilə çevirər”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı