2016-12-26 14:08

iPhone 7-nin dözümlülüyünü timsahın dişləri ilə yoxladı - VİDEO

Məşhur videoblogger iPhone 7-ni inanılmaz təcrübədən keçirtdi.

Məşhur videoblogger iPhone 7-ni inanılmaz təcrübədən keçirtdi.

LiderXeber.az xəbər verir ki, iPhone 7 modelinin satışa çıxmasından artıq bir xeyli vaxt keçib. Lakin buna baxmayaraq məşhur videoblogger TechRax hələdə bu cihazı, müxtəlif təcrübələr ilə sınayır. Bu dəfə o, iPhone 7-ni timsah üzərində sınaqdan keçirtməyə qərar verib. Belə ki, o, iPhone 7-nin dözümlülüyünü yoxlamaq üçün cihazı timsahın dişlərinə qurban verib. Videoblogger, iPhone 7-ni şəffaf təbəqə ilə örtərək onu timsahın ağzına yerləşdirib. Timsahın, cihazı birinci dəfə dişləməsindən sonra iPhone 7-nin ekranı çatlasa da işlək vəziyyətdə qalıb. Daha sonra videoblogger, timsahı qıcıqlandırıb və o cihazı dişləri ilə daha da bərk sıxıb. Nəticədə smarton sönüb və yararsız hala düşüb./technote.az/



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı