2016-12-26 12:39

Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO

Bəy-gəlin maşınını traktor karvanı müşayiət edib.

Qız evinə gedən avtomobil karvanına gözlənilmədən 5 ədəd traktor qoşulub

Tovuzun Aşağı Quşçu kəndində keçirilən toy mərasimində maraqlı hadisə qeydə alınıb.

LiderXeber.az "Report"a istinadən xəbər verir ki, toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən bəzəkli 5 ədəd "Belarus" traktoru qoşulub.

Toyu olan Səməd Həsənlinin dostları bu şəkildə onu təəccübləndirmək istəyiblər. Qəribə toy karvanı ətrafdakıların da diqqətini cəlb edib.



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı