2016-12-26 10:34

Lukaşenko Rusiya səfərindən imtina etdi

Lukaşenko “Putin ittifaqı”nın görüşündən imtina etdi.

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqının, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburq sammitində iştirak etməyəcək.

LiderXeber.az xəbər verir ki, bu barədə informasiyanı RBK televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, Sankt-Peterburq sammiti 26 dekabrda keçiriləcək. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ikitərəfli görüşü planlaşdırılır.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı