2016-12-26 10:27

Qar İsmayıllı yolunu bağladı

Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.

Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.

LiderXeber.az-ın xəbərinə görə, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək bir neçə avtomobil yolda qalıb. Bu yoldakı dolaylarda təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq İsmayıllı Yol İstismar MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür və nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda dumanlı hava şəraitinin davam etməsi nəticəsində Muğanlı-İsmayıllı yolunda avtomobillərin sürücüləri üçün çətinliklər yaranıb. Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.

Qeyd edək ki, ötən gecə İsmayıllı rayonuna 20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 santimetr hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb./apa/


SON XƏBƏRLƏR


Yuxarı