2016-12-26 09:47

Bu sahələrdə işləyənlərin də maaşları qalxdı

Bu sahədə işləyənlərin maaşı 20,4 faiz artıb.

Cari ilin yanvar-noyabr aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 96,2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən LiderXeber.az-a verilən məlumata görə, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq 809 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 25,3 faiz, binaların tikintisində əməkhaqqı 15,4 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı isə 1,2 faiz artıb.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı