2016-12-24 11:24

Taksi sürücüləri vahid forma geyinəcək

Gələcəkdə taksi sürücələrinin vahid geyim forması olacaq.

Gələcəkdə taksi sürücələrinin vahid geyim forması olacaq.

LiderXeber.az xəbər verir ki, bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Agentlik rəsmisi qeyd edib ki, gələcəkdə taksilərə kameraların quraşdırılması nəzərdə tutulub.

M.Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 7215-ə qədər taksiyə fərqlənmə nişanı verilib.

"Biz bunun üçün taksi sürücüləri arasında fərqlənmə nişanın alınması ilə bağlı maarifləndirici tədbirlər aparırıq və onlara aydın şəkildə izah edilir ki, bu nişanın alınması onlar üçün də faydalıdır. Hazırda paytaxtda taksi sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı bir sıra layihələrin icrası planlaşdırılır. Bu il ərzində aparılan təhlillər nəticəsində Bakı şəhərinin inzibati ərazisində 159 taksi duracağının olması müəyyən edilib. Duracaqlardan 79-u artıq invertarlaşdırılaraq taksi sürücülərinin istifadəsinə verilib. 80 duracağın invertarlaşdırılması istiqamətində iş aparılır. Taksi xidməti göstərmək üçün nəqliyyat vasitələrinə əvvəlcədən tələblər müəyyən edilib. Bakı Nəqliyyat Agentliyi bu məsələyə hər hansı bir dəyişiklik etməyib".

M.Ağayev vurğulayıb ki, taksilərdə gediş haqqlarının ödənilməsi, süni qiymət artımı və ya sərnişindən artıq pul alınması kimi xoşagəlməz hallara son qoyulması üçün Bakı Nəqliyyat Agentliyi vahid qiymətin tətbiq edilməsi üçün təkliflə çixiş edib.

"Vahid qiymət olandan sonra gediş haqqının ödənilməsində problem olmayacaq. Taksilərlə bağlı kvotanın olub-olmamasına gəlincə isə deyim ki, hazırda taksilərlə bağlı qeydiyyat bazası tam formalaşmayıb. Bu formalaşdıqdan sonra əhali nisbətinə və şəhərin infrastrukturuna uyğun taksi kvotası müəyyən ediləcək".

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı