2016-12-24 10:35

Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyuldu

Fəaliyyəti dayandırılan ANS TV-nin Vaşinqton bürosunun keçmiş rəhbəri, telejurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub.

LiderXeber.az publika.az-a istinadən xəbər verir ki, bir neçə ay öncə Qənirə Ataşova Türkiyəyə səfər etmək istəyərkən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılıb və ölkə xaricinə getməsi ilə bağlı qadağa qoyulması barədə ona məlumat verilib. Telejurnalistin Türkiyəyə səfər etmək üçün aldığı bilet isə ləğv edilib.

Xatırladaq ki, Qənirə Ataşova ANS-in Vaşinqton bürosunun rəhbəri olan zaman ABŞ-da "FETÖ” lideri Fətullah Güləndən müsahibə alması ilə gündəmə gəlib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı