2016-12-24 10:09

Kütləvi dava zamanı 1 nəfər bıçaqlandı

Faktla bağlı araşdırma aparılır.

Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb.

LiderXeber.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində küçədə qeydə alınıb.

Belə ki, 8 nəfərin davası zamanı 23 yaşlı Ağayev Vüsal Nəsib oğlu bıçaqlanıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, V.Ağayev davada iştirak etməyib. O, dalaşan tərəfləri sakitləşdirməyə çalışıb və bu zaman bıçaqlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./report/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı