2016-12-23 17:50

Rusiya azərbaycanlı milyarderə xəbərdarlıq etdi

Rusiya Federal Antiinhisar Xidməti (RFAX) “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova xəbərdarlıq edib.

Rusiya Federal Antiinhisar Xidməti (RFAX) "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova xəbərdarlıq edib.

LiderXeber.az Virtual Azərbaycana istinadən xəbər verir ki, bu barədə RFAX məlumat yayıb.

Qurum V.Ələkbərovun avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı dekabrın 13-də vesti.ru-a verdiyi açıqlamasının antiinhisar qanunvericiliyinin pozulmasına gətirib çıxara biləcəyii bildirərək, onun hərəkətini "yolverilməz” adlandırıb. "Vahid Ələkbərov avtomobil yanacağının qiymətlərinin artacağı haqda bəyanat verib, hansı ki, Rusiya Federasiyası neft məhsullarının daxili bazarında tələbatın və təklifin disbalansına gətirib çıxara bilərdi”, - deyə Xidmətin məlumatında bildirilib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı