2016-12-23 15:50

Liviyada sərnişin təyyarəsi zəbt edilib

Təyyarə 118 sərnişinlə birgə qaçırıldı.

"Airbus A320” sərnişin təyyarəsi Liviyada zəbt edilib, o, Maltaya istiqamətləndirilib.

LiderXeber.az xəbər verir ki, bu barədə Maltanın baş naziri Cosef Muskat "Tvitter” hesabında məlumat yayıb. 

Məlumata görə təyyarənin göyərtəsində 118 nəfər var. İlkin məlumata görə, iki sərnişin təyyarəni partlatmaq ilə hədələyiblər. Onların tələbləri barədə məlumat verilmir. /oxu.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı