2016-12-23 15:28

Rusiyada iki azərbaycanlı yandırıldı

Faktla bağlı araşdırma aparılır.

Yeni Moskvada naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi azərbaycanlıdır. 

LiderXeber.az xəbər verir ki, hüquq-mühafizə orqanlarına hadisə barədə dekabrın 15-nə keçən gecə məlumat daxil olub və fakt üzrə adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. 

Sosenskoe qəsəbəsinin "Potapovskaya roşa” adlanan hissəsində yerləşən evlərin birində naməlum cinayətkar 3 nəfəri yandırıb.

Onlardan ikisi – 27 və 48 yaşlı ata və oğul Azərbaycan vətəndaşı, eləcə də 27 yaşlı yerli sakin bədənin 50-60% yanıq yaraları ilə xəstəxanaya yatırılıblar. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, 48 yaşlı atanı xilas etmək mümkün olmayıb.

Cinayətkar axtarılır./oxu.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı