2016-12-23 10:35

FHN Xırdalanda 20 nəfəri təxliyə edib

Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xırdalan şəhərində yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən LiderXeber.az-a verilən məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı