2016-12-23 10:15

Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı?

Oxucu sual verir: Qeydiyyata düşmək və ya xarici ölkənin vətəndaşı olub orada qala bilmək üçün ailə qurmaq günahdırmı?

Öz-özlüyündə bu işin haram olduğunu söyləmək olmaz. Əgər bu evliliyin şərtləri və ayinləri İslam qanunlarına zidd deyilsə və tərəflərin haqqı aradan getmirsə, icazəlidir. Amma bu hərəkəti bəyənmək və təşviq etmək də mümkün deyil. Çünki dinimiz ailəyə müqəddəs və mübarək bir ocaq kimi baxır. Ailə qarşılıqlı sevgi və hörmət əsasında qurulmalıdır. Hər hansı maddi mənfəət və ya başqa səbəb üzündən ailə qurmaq haram olmasa da, bu işdə Allahın razılığını axtarmaq düzgün deyil. Ailə möhkəm təməllər üzərində qurulmalıdır ki, davam etsin və öz funksyalarını yerinə yetirsin. Ona görə də ailə qurarkən bu cür təmənnalı məqsədlərdən uzaq olmağı müsəlmanlara tövsiyə edirik./İslam.az/

Günay Cəfərova

LiderXeber.az



SON XƏBƏRLƏR


Yuxarı