2016-12-22 17:52

Bakıda 5 yaşlı uşaq həkim səhlənkarlığının qurbanı olub

5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub

5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib.

LiderXeber.az  xəbər verir ki, ərazi üzrə 22 saylı uşaq poliklinikasının baş həkimi Rəna Qurbanova AzNews.az-a açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş vermədiyini bildirib:

"Hadisə Fatimənin öz yaşadığı evdə olub. Uşağa iynəni bizim poliklinkanın tibb bacıları vurmayıb. İynəni uşağa kim vurub, bu barədə məlumatsızam”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı