2016-12-22 15:11

Belçikada NATO-nun baş auditorunun meyiti tapıldı

NATO-nun baş auditoru Belçikada qətlə yetirildi.

NATO-nun baş auditoru İv Şandelon Belçikanın Anden şəhərində ölü tapılıb.

LiderXeber.az "Ria Novosti”yə istinadən məlumat verir ki, onun cəsədi iş yerindən 140 km, yaşadığı Lens şəhərindən isə 100 km aralı tapılıb. 60 yaşlı Şandeloun adına üç silah qeydiyyatda olub. Lakin onun cəsədinin yanında tapılan silahın heç bir qeydiyyatı olmayıb. 

İlkin məlumatlara görə, məmur odlu silahdan başına güllə vuraraq intihar edib. Lakin onun ailəsi bu versiyanı inkar edərək, Şandelonun qətlə yetirildiyini iddia edib. Yaxınları onun son zamanlarda qəribə telefon zəngləri aldığını bildirblər.

Qeyd edək ki, İ.Şandelon NATO-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı məsələlərlə məşğul olurdu. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı