2016-12-22 14:53

Paytaxtda 122 min yaşayış binası köçürüləcək

Bakıda 122 min yaşayış binası köçürüləcək.

"Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planına (Baş plan) əsasən, 2035-ci ilədək 121 min 919 bina köçürüləcək”. 

LiderXeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən sənəddə qeyd edilib.

Sənəddə vurğulanıb ki, yaşayış ərazilərinin yenidən qurulması səbəbi ilə 45 min 76, yolların yenidən qurulması səbəbi ilə 20 min 640, yeni yolların salınması səbəbi ilə 16 min 553, dəmir yollarının sanitar-mühafizə zonası səbəbi ilə 9109, təbii fəlakət riski olan ərazilər səbəbi ilə 1089, dövlət əhəmiyyətli obyektlərin tikintisi səbəbi ilə 15 min 25, mühəndis xətlərinin sanitar-mühafizə zonaları səbəbi ilə 1374, su hövzələrinin sanitar-mühafizə zonaları səbəbi ilə 3342, digər səbəblərlə əlaqədar 9711 bina köçürülməyə məruz qalacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı