2016-12-22 12:39

2035-ci ildə Bakı əhalisinin sayı nə qədər olacaq?

2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq

"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır”.

LiderXeber.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, plana əsasən, Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 milyon nəfərə çatacağı gözlənilir.

"Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq”, - deyə direktor əlavə edib.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı