2016-12-22 10:11

Daha bir sərnişin avtobusu piyadanı öldürdü

Faktla bağlı araşdırma aparılır.

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

LiderXeber.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb.

Belə ki, 132 saylı marşut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "Dayvo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Bu barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı